İran

İran sionist rejimin Rəfəh şəhərinə hava hücumlarını kəskin şəkildə pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani onlarla Fələstin vətəndaşının, o cümlədən xeyli sayda uşağın şəhid olması ilə nəticələnən İsrailin Rəfəh şəhərinin yaşayış və mülki ərazilərinə hücumunu kəskin şəkildə pisləyib.

İranlı diplomat vurğulayıb ki, İsrail hərbçilərinin Rəfəhdə quru əməliyyatı “insani fəlakətə səbəb ola və sionist rejimin müdafiəsiz Fələstin xalqına qarşı növbəti hərbi cinayətinə çevrilə bilər”.

Kənaninin sözlərinə görə, Qəzza zolağının bu bölgəsində hərbi əməliyyatların başlanması atəşkəs haqqında danışıqlar faktı və Beynəlxalq Ədalət Məhkəməsinin yəhudi dövlətini soyqırımın qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyə məcbur edən qərarı ilə ziddiyyət təşkil edəcək.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button