İran

Britaniya vətəndaşı İranda 10 il müddətinə azadlıqdan məhrum edilib

Əslən avstraliyalı olan Böyük Britaniya vətəndaşı Kayli Mur Hilbert İranda on il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Abbas Müsəvi deyib.
O, Avstraliya hökumətinin Kayli Mur Hilbertin azad edilməsi məsələsinin İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə müzakirə olunmasına dair Qərb mətbuatında yayılan xəbərləri təkzib edib. Bildirib ki, K.Hilbert İranın milli təhlükəsizliyinə zərbə vuran hərəkətə yol verib. O, 2019-cu ildə Mark Firkin və Coli Kinq adlı dostları ilə İrana gələrək burada hərbi obyektlərin fotoşəkillərini çəkməkdə, İrana qarşı casusluqda ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Bir qədər sonra M.Firkin və C.Kinq azad edilərək ölkələrinə qayıdıblar. Lakin K.Hilbert həbsdə saxlanılıb. Avstraliya və digər Qərb dövlətlərinin müraciətlərinə baxmayaraq, İran K.Hilberti azad edilməyəcəyini bildirib.
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close