Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

Britaniyada terror aktı hazırlamaqda şübhəli bilinən iranlılar saxlanılıb

Böyük Britaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları terror aktı hazırlamaqda şübhəli bilinən 5 nəfəri saxlayıb, onlardan 4-ü İran vətəndaşıdır.

“ANT” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə London Polisinin Mətbuat xidməti məlumat yayıb.

“Terrorla mübarizə üzrə Polis İdarəsi aparılan əməliyyat-axtarış tədbirləri çərçivəsində terror cinayətlərində şübhəli bilinən 5 nəfəri saxlayıb. Onların hamısı terror aktı hazırlamaqda şübhəli bilinir. Həmin şəxslərdən 4-ü iranlıdır”, – polisin açıqlamasında deyilir.

Qeyd olunur ki, saxlanılan 5-ci şəxsin etnik mənsubiyyəti müəyyənləşdirilir. Bu kişilər 29-46 yaşlarındadır.

Related Articles

Bir cavab yazın

Back to top button