Dünya

Rusiya Adveyevka uğrunda nələri qurban verib?

Avdeyevkanı ələ keçirmək səyləri zamanı Rusiya ən azı 400 tank, PDM və digər ağır texnika, həmçinin, minlərlə şəxsi heyətini itirib.

ANT xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, rus qoşunları Avdeyevkaya hücumları Baxmut istiqamətində qərbə doğru hərəkət etmək və Çasov Yar şəhərini ələ keçirmək məqsədi ilə davam etdirib.

Qeyd edək ki, Avdeyevka 2014-cü ildən Donbasda cəbhə xətti olub.

Rus qoşunları ötən gün Avdeyevka şəhərində artıq Rusiya bayrağı qaldırıblar

Related Articles

Bir cavab yazın

Back to top button