Dünya

“Taliban” Əfqanıstanın yüzdə 65-ni ələ keçirib

“Taliban” hərəkatı Əfqanıstan ərazisinin yüzdə 65-nə nəzarəti ələ keçirib, Amerila ilə NATO qoşunlarının geri çəkilməsi ilə hökumət qüvvələri ciddi şəkildə zəifləyir.
“ANT” xəbər verir ki, bu barədə Brükseldə Avropa birliyinin nümayəndəsi adının gizli qalmaq şərti ilə jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, “Taliban”a müqavimət göstərmək vəzifəsi təxminən 75 min nəfərlik Əfqanıstan xüsusi qüvvələri tərəfindən həyata keçirilir. Bütün Əfqanıstan ordusunun sayı isə 180 min nəfəri keçib.
Adı çəkilməyən Qərb məqamı qeyd edib ki, Qərb nizamilərinin ölkədən çıxarılması Əfqanıstan silahlı qüvvələrinin imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.
Bunlarla yanaşı Habelə Əfqanıstan ordusu Taliban terorçularını hədəf alıb: 47 terorçu öldürülüb, 25-i yaralanıb.

Əfqanıstan Difa Vəzirliyi avqustun 10-da öz rəsmi Facebook səhifəsində bu videogörüntünü paylaşaraq yazıb: Ötən gecə Əfqanıstanın Difa və Əmniyət gücləri hava qüvvələrinin dəstəyi ilə bir neçə bölgədə, o cümlədən Qəndhar vilayətinin mərkəzində Taliban terorçularını hədəf alıblar.
Habelə, terorçuların iki sığınacağı, 1 dəsqah motosikleti, 2 dəsqah nizami maşını və çoxlu sayda silahla mühümmatı məhv edilib.

Related Articles

Bir cavab yazın

Back to top button