Azərbaycan

​​Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Bu gün Azərbaycan Əlifbası və Dili Günü qeyd edilir.

Bu tarix Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il Fərmanına əsasən təsis edilib. Heydər Əliyev tərəfindən 1 avqust tarixinin seçilməsi həmin gün 1990-cı ildə Azərbaycan Əlifba Komissiyasının yaradılması ilə də bağlıdır.

İran ərazisində çox sayda azərbaycanlıların yaşamasına baxmayaraq, Azərbaycan dilindən istifadə burada gündən-günə azalır. Hətta burada Azərbaycan dilində təhsil almaq mümkün olmadığından Azərbaycan dili İranda farslaşdırılır. Hazırda Azərbaycan dili İranda müxtəlif dialektlərin mənfi təsiri altındadır və bu dildə işlədilən fars söz və ifadələri üstünlüyə malikdir.

İranda Azərbaycan dilinə qarşı aparılan sərt siyasət, əsasən, Pəhləvi rejimi qurulduqdan sonra daha da sərtləşib. Pəhləvilər İranda hakimiyyəti ələ aldıqdan dərhal sonra Azərbaycan dilinin ölkədə işlədilməsi qadağan olunmuşdur. Bundan əlavə, ictimai yerlərdə bu dildə danışan insanlara müxtəlif cəzalar tətbiq edilirdi.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli deyib ki, fars dili məhdud rəsmi dairələrin, Azərbaycan dili isə İranda yaşayan bütün xalqların ortaq ünsiyyət vasitəsi olub. Lakin bu dil İranda məktəblərdə tədris olunmadığı üçün Azərbaycan dili məqsədli şəkildə “məişət dili səviyyəsinə endirilib”.

Həbibbəyli Güney Azərbaycanda yaşayanlarla bağlı qeyd edib:

“İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququndan məhrum edilməsi insan haqlarına və ümumiyyətlə, insanlığa tamamilə zidd olan qəbuledilməz hadisədir. Cənubi azərbaycanlıların hüquqları bərpa olunmalı, haqq etdikləri bütün azadlıqlar onlara verilməlidir”.

İranın keçmiş prezidenti Həsən Ruhani 2013-cü ildə öz seçki proqramında belə bir vəd vermişdi ki, İranda yaşayan etnik azərbaycanlılar üçün məktəblərdə Azərbaycan dili tədris olunacaq. Buna baxmayaraq, o, sözünə əməl etmədi.

Related Articles

Bir cavab yazın

Back to top button