AzərbaycanİranMəqalələr

Bu gün ŞAH İSMAYIL XƏTAİNİN anım günüdür

Bu gün xalqımızın qürur mənbəyi olan, qüdrətli şəxsiyyət ,sərkərdə,şair

Güney Azərbaycanımızda dünyaya göz açmış ŞAH İSMAYIL XƏTAİNİN anım günüdür.
Allah rəhmət eləsin
ŞAH BABAM
Soyun səfəvidir,adın İsmayıl ,
Dünya hünərinə olubdu mayil,
Tarixin boynuna taxdı hamayil,
Şah babam ruhuna salamlar olsun.

Keçdin sınağından çox savaşların,
Böldün hikkəsini qara daşların,
Piri mürşidisən qızılbaşların,
Şah babam ruhuna salamlar olsun.

Təbrizə baş əyən bir cahan qurdun,
Adına can dedin bu doğma yurdun.
Torpağı gözün tək özün qorudun,
Şah babam ruhuna salamlar olsun.

Açıb ana kimi qucağı Təbriz ,
Əlli miliyon xalqın ocağı Təbriz
Qızılbaş adını içib qəlbimiz,
Şah babam ruhuna salamlar olsun.

Qızılbaş köynəyi geyən oğullar,
Döyüşdə bir ölüb min doğuldular.
Şuşada bir ovuc vətən oldular,
Şah babam ruhuna salamlar olsun

Maya eşqin ilə dil açdı, dindi,
O taylı ,bu taylı ,bu yurd sənindi.
Cənnətdən yurduna baxırsan indi,
Şah babam ruhuna salamlar olsun.

MÜƏLLİF GÜL MAYA FEYRUZQIZI

 

Related Articles

Bir cavab yazın

Back to top button