İran

Bu gündən Ərdəbil ustanında koronavirus üzrə yeni məhduddiyyətlər icraya yönəldiləcək

Bu gündən Ərdəbil ustanında koronavirus üzrə yeni məhduddiyyətlər icraya yönəldiləcək. Belə ki, Korona ilə Milli Mübarizə Sitadının Ustan üzrə Şöbəsinin qərarı ilə yeni qaydalar ailəvi tədbirlərin və toplaşmaların keçirlməsinə şamil ediləcək. Bununla yanaşı 10 nəfərdən artıq şəxslərin iştirakı ilə toplantıların keçirilməsi qadağan olunur.
Rəsmi qərara əsasən, idarələrdə səhər yeməyi və nahar verilməyəcək. Kafe, restoran və çay evlərinin fəaliyyəti çatdırılması xidməti istisna olmaqla, qadağan edilir. Gözəllik salonlarının fəaliyyəti isə 2 həftəyədək dayandırılır.
Ərdəbil Ustanı Tibb Elmləri Danişqahının başçısı doktor Şəhram Həbibzadənin sözlərinə görə, hazırda Ərdəbil və Xiyav şəhristanlarında durum gərgin olaraq qalır.
Qeyd edək ki, ustanda son 6 ayda koronavirusa tutulma amarında kəskin artım görünür.

Related Articles

Bir cavab yazın

Back to top button