bu proqnozu Almaniyanın “Die Welt” nəşri verib.
Qeyd olunub ki, avropalı siyasətçilər birliyin ABŞ Prezidenti Cozef Baydenin “genişmiqyaslı sənaye və siyasi hücumu”na cavab tədbirləri müzakirə ediblər. Nəşr yazıb ki, Aİ-yə üzv ölkələr Fransa da daxil olmaqla sərt xətt tərəfdarlarına qulaq assalar, bu, “transatlantik subsidiya yarışı” riskinə gətirib çıxaracaq və həmçinin Avropanın proteksionizminin artmasına və ABŞ-la ticarət müharibəsinə səbəb ola bilər.
“Bu, partlayıcı qatışıqdır. Fransa xüsusilə Avropanın sərt reaksiyasında israrlıdır”, – qəzet qeyd edib.
Vurğulanıb ki, hətta əvvəllər istisna edilmiş tədbirlər, məsələn, subsidiyalar və dövlət satınalmaları üçün “Avropa malı al” qaydası nəzərdən keçirilir.(Ednews)