Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
AzərbaycanDünya

Bütöv Azərbaycan Ocaqlarının Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlar ilə bağlı

 

BƏYANATI

Məlum olduğu kimi, 27 iyun tarixində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın olub. Basqın zamanı soydaşlarımız xüsusi qəddarlıqla qətlə yetiriliblər.

Həmvətənlərimizin bəziləri xüsusi amansızlıqla döyülərək ağır bədən xəsarətləri nəticəsində yaralanıb, habelə 9 nəfər saxlanılıb.

Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq biz, Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının vandalizm hərəkətlərini hiddətlə qınayır, Rusiya hökuməti tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini tələb edirik.Azərbaycan hökumətindən isə Bakıda fəaliyyət göstərən rusdilli orta və ali təhsil müəssisələrinin bağlanmasını xahiş edirik.

BAO-nun Mətbuat Xidməti.

Bakı, 29 iyun 2025-ci il

#RUSSIAISATERRORISTST
ATE

Related Articles

Bir cavab yazın

Back to top button