Azərbaycan

Cəbhəyanı ərazilərdə top mərmisi, raket və bombacıqlar aşkarlanıb

Azərbaycan cümhurisi Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Ajansa Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tərtər şəhristanları və Mingəçevir şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər vəzirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 49 müraciət olub. Məlumata görə, 49 çağırış əsasında ajansın özəl çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər vəzirliyinin əməkdaşları ilə birlikdə 45 iztirari əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 100 mm-lik top mərmisi, 1 ədəd 122 mm-lik top mərmisi, 1 ədəd 152 mm-lik top mərmisi, 1 ədəd 240 mm-lik raket, 5 ədəd 9N235 bombacığı və 54 ədəd partlamış mərmi qalıqları tapılıb.
Ajansın partlayış qrupu tərəfindən 3 ədəd raket, 1 ədəd tank əleyhinə kontrololunmayan raket , 5 ədəd 9N235 bombacığı və 1 ədəd top mərmisi zərərsizləşdirilib.

Related Articles

Bir cavab yazın

Back to top button