İran

Sünni din xadimi növbəti dəfə İran hökumətinə müraciət edib

Zahidan şəhərinin və sünnilərin Məkki məscidinin cümə imamı Əbdülhəmid Moləvi İran hakimiyyətinə müraciət edib.

Axar.az xəbər verir ki, sünni məzhəbli din xadimi noyabrın 29-da Tehran rəsmilərinə müraciət edərək etirazçıların həbs və edamını dayandırmağı tələb edib.

Moləvi Əbdülhəmid xüsusilə etnik bəluçların həbsi və öldürülmə hallarının artmasından narahatlığını bildirib.

O, İslam Hakimiyyəti məsullarına bunu dayandırmayacaqları təqdirdə ancaq nifrət və düşmənçiliyi dahada şiddətləndirəcəkləri barədə xəbərdarlıq edib.

Related Articles

Bir cavab yazın

Back to top button