Keçirilən baxış zamanı Elgün Cəbrayılovun əlindəki torbanın içərisindən ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 5 kiloqram 400 qram heroin, 3 kiloqram 700 qram həşiş qətranı, 2 kiloqram marixuana və 200 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
İlkin araşdırma zamanı onların İranda yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və aşkarlanan narkotik vasitəni Bakı şəhərinə aparıb orada deyiləcək ünvanlara çatdırmaq tapşırığı aldıqları müəyyən edilib. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma aparılır.