Azərbaycanİran

Urmiyalı müəllim barədə həbs qərarı çıxarıldı

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərinin İnqilab Məhkəməsi azərbaycanlı müəllim və ictimai fəal Kərim Bostançı 3 ay həbs, 15 milyon tümən cərimə, elektron avadanlıqlarının dövlətin xeyrinə müsadirəsi cəzasına məhkum edilib.

Bununla yanaşı, onun müəllim kimi fəaliyyət göstərməsinə qadağa qoyulub.

Kərim Bostançı “vəzifəli şəxsləri təhqir etmək”, “təhsil sistemini və hicab qaydalarını tənqid etmək”, “qanunsuz olaraq müəllimlər həmkarlar ittifaqı təşkilatlarının fəallarına dəstək vermək”də günahkar bilinib.

50 yaşlı azərbaycanlı müəllim bundan əvvəl Təhsil Nazirliyinin siyasətini tənqid etdiyinə, müəllimlərə qarşı repressiyaları pislədiyinə görə təqib olunub.

Related Articles

Bir cavab yazın

Back to top button