Dünya

AMERİKA İRANLA BAĞLI QƏTNAMƏNİ RƏYƏ QOYMAĞA HAZIRLAŞIR

Ərəbistanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi İrana qarşı təhrimlərin davam etdirilməsinə çağırıb.
Amerikanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi, bu ayın sonunadək İrana qarşı silah təhriminin uzadılmasına dair qətnamənin rəyə qoyulmasına çalışdıqlarını açıqlayıb. “Amerika bu təhrimlərin uzadılması üçün bütün vasitələrdən istifadə edir və lazım gələrsə, “tətik” mekanismini də işə salacaq”, – deyə bildirib.
Keli Kraft Amerikanın xarici işlər vəziri Mayk Pompeo və onun İran məsələləri üzrə xüsusi nümayəndəsi Brayan Huk kimi Əmniyət Şurasının başqa üzvlərinin İrana qarşı silah təhriminin uzadılmasına dair qətnaməyə rəy verəcəklərinə ümid edib.
Dünənki mətbuat konfransında çıxış edən Mayk Pompeo, həmin təhrimlərin ləğvi ilə ortaya çıxacaq təhdidlər barədə danışıb. “Məsələ aydındır. İrana Rusiya və Çindən silah almağa icazə verilsə, İranın himayət etdiyi qüvvələr tərəfindən daha çox qeyri-nizamilər öldürüləcəklər”, – deyib.
O, habelə Amerikanın bu təhrimləri qeyri-bəlli müddətə uzatmağa çalışdığını vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button