İran

Çaldıranın 30 kəndi su problemi ilə üzləşib

Çaldıran fərmandarı Çaldıran şəhərinin 30 kəndində su çatışmazlığı böhranın yaşandığını bildirib.

Həsən Məhəmmədzadənin açıqlamasında son quraqlıq və yağışın azalması üzündən mərkəzi bölgənin 30 kəndinin və Çaldıran düzənliyinin su təchizatı problemi ilə üzləşdiyini vurğulayıb

Onun sözlərinə görə, təəssüf ki, susuzluğun şiddəti o qədər ciddidir ki, bəzi bölgələrdə gündəlik təkcə bir neçə saat su olur.

Məhəmmədzadə, bu əsas problemin həll edilməsi üçün, Su İdarəsinin çalışmaları ilə susuzluqdan əziyyət çəkən kəndlərə 4 su təchizatı qrupunun göndərildiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button