Dünyaİran

Carnegie: İran Qəzza zolağındakı müharibəyə müdaxilə etməyəcək

Ərəb-İsrail münaqişəsinin hazırkı eskalasiyasının bütün Yaxın Şərqi əhatə etməsi ssenarisi real görünmür.

Amerikanın nüfuzlu “Carnegie” analitik mərkəzi yazır ki, İran və onun tərəfdaşı “Hizbullah” 2 ay ərzində Qəzza zolağındakı müharibəyə müdaxilə etmədisə, onların gələcəkdə bunu edəcəkləri ehtimalı azdır.

“Çox güman ki, iranyönlü blok özünü nəzərəçarpan, lakin sırf simvolik iştirakla məhdudlaşdırmağa davam edəcək və bunun ən pis təzahürü Livan tərəfindən İsrailin müntəzəm, lakin irimiqyaslı olmayan atəşə tutulması olacaq”, – deyə materialda qeyd olunur.

Vurğulanır ki, İran artıq İsraillə HƏMAS arasındakı müharibədən öz dividendlərini alıb. Bunlardan başlıcası İsraillə Səudiyyə Ərəbistanı arasında normallaşma prosesinin pozulmasıdır.

Yaxın Şərqdə müharibə: İranın strateji nailiyyətləri və səhvləri

#İsrail #İran #Hizbullah

Related Articles

Bir cavab yazın

Back to top button