Azərbaycan

Çavuşoğlu: ““Bu fakt regional sabitlik üçün, o cümlədən Azərbaycan – Ermənistan, Türkiyə – Ermənistan münasibətləri üçün müsbət hadisədir”

“Son hadisələr Azərbaycan torpaqlarının 30 il davam edən işğalının sonsuza qədər davam etməyəcəyini göstərdi”.
Bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının bu gün başlamış iclasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
O, daim beynəlxalq hüququn tərəfində olduqlarını qeyd edib.
“Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun üzv ölkəsi olaraq biz bu münaqişənin uzunmüddətli həlli üçün əlimizdən gələn səyləri göstərməyə daim hazırıq. Həmişə münaqişənin beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı prinsiplərinə əsasən həll olunmasının vacibliyini bildirmişik. Münaqişə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”, – deyə türkiyəli nazir vurğulayıb.
Mövlud Çavuşoğlu Azərbaycan ilə Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı 30 il sonra sülh üçün həqiqi şans olaraq qiymətləndirib.
“Bu fakt regional sabitlik üçün, o cümlədən Azərbaycan – Ermənistan, Türkiyə – Ermənistan münasibətləri üçün müsbət hadisədir”, – deyə o, əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button