İran

Urmu və Təbrizdə pirotexniki vasitələrdən istifadə nəticəsində ölənlər var

Urmu və Təbrizdə əldə düzəltmə üsulla hazırlanmış partlayıcı maddələrlə ehtiyatsızlıq nəticəsində ölən və yaralananlar var. Belə ki, Urmu şəhərinin “Vilayəti Fəqih” meydanında partlayıcı vasitənin partlaması nəticəsində 15 yaşlı yeniyetmə həyatını itirib, bir neçə nəfər isə yaralanıb. Olay Təbriz şəhərində də qeydə alınıb. Belə ki, ötən gecə ehtiyatsızlıq nəticəsində partlayıcı maddə anidən alışıb və nəticədə iki nəfər həyatını itirib, iki nəfər isə yaralanıb.
Xatırladaq ki, bənzər olay iki gün öncə Təbrizdə baş verib. Olay zamanı 6 yaşlı qız faciəli şəkildə dünyasını dəyişib. Biri azyaşlı olmaqla iki nəfər isə ağır bədən xəsarətləri ilə mərizxanaya yerləşdiriliblər.

Related Articles

Bir cavab yazın

Back to top button