İran

İranda bir ayda 20-dən çox jurnalist mühakimə edilib

Jurnalistlərin və medianın hüquqlarının pozulması hallarının qeydə alınması sahəsində fəaliyyət göstərən “Sərbəst İnformasiya Axınının Müdafiəsi” (DFİ) təşkilatı xəbər verib ki, İran hökuməti ötən ay 25 jurnalist və 13 media orqanına qarşı məhkəmə işi qaldırıb.

Məlumata görə, yanvarın 1-dən 31-nə qədər üç jurnalist həbs edilib, biri isə həbs cəzasının icrası üçün çağırılıb.

Qeyd olunub ki, jurnalistlərdən 6-sı qadın, 19-u isə kişi olublar. Onlar “ictimai düşüncəni çaşdırmaq üçün yalan məlumatlar yaymaq, dövlət quruluşu əleyhinə təbliğat aparmaq, rəhbəri (Xamenei) təhqir etmək”də ittiham ediliblər.

#İran #jurnalist

Related Articles

Bir cavab yazın

Back to top button