Dünya

Çavuşoğlu: “Öldürülən Azərbaycan vətəndaşının nəşini vətəninə göndərəcəyik”

“Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşının cənazəsini Vətəninə göndərəcəyik”.
Bunu Türkiyənin xarici işlər vəziri Mövlud Çavuşoğlu deyib. Dövlət rəsmisi Türkiyə şirkətinə məxsus “Motsart” gəmisindən qaçırılan ölkə vətəndaşlarının axtarışları yönündə çalışmalarin davam etdirildiyini vurğulayıb. Həyatını itirmiş Azərbaycan vətəndaşının İslam qaydalarına uyğun şəkildə kəfənləndiyi bildirilib. Türkiyənin xarici işlər vəziri bu addımına görə Qabon hökumətinə təşəkkür edib.
Qeyd edək ki, dəniz quldurları janviyənin 23-də Niceriya sahillərində Türkiyə şirkətinə məxsus “Motsart” gəmisinə hücum ediblər. Hadisə nəticəsində 19 tim üzvündən 15-i girov götürülüb. Azərbaycan vətəndaşı, 1976-cı il doğumlu Fərman İsmayılov isə həyatını itirib.

Related Articles

Bir cavab yazın

Back to top button