İran

Çayparada istehsal olunan mineral maddələrin miqdarı açıqlanıb

“Çaypara vilayətində ildə 290 min ton mədən maddələri tolid olunur. Bu da bölgəni mədən maddələri sahəsində vilayətin qütblərindən birinə çevirib”. Məsələ ilə bağlı Qərbi Azərbaycanın Çaypara Vilayəti Sənət, Mədən və Ticarət İdarəsinin rəisi məlumat verib. Hüseyn Bünəkdarın sözlərinə görə, hazırda bölgədə bəhrəbərdari pərvanəsi olan 35 fəal mədən var. “155 milyard rial sərmayə qoyulan 16 mədəndə araşdırma aparılır. Bu vahidlərdə 386 nəfər işləyir. Çıxarılan maddələrinin xam satılmasının qarşısını almaq məqsədilə mədənin ətəyində daş kəsmə vahidi tikilib. 602 milyard rial həcmində sərmayə qoyuluşu ilə 45 sənaye bölməsi fəaliyyət göstərir. Onlarda 782 nəfər çalışır. Çayparada 2 min 500 sinfi vahiddə 250 nəfər işləyir”,-deyə Bünəkdar açıqlama verib. Qeyd edək ki, Çaypara vilayəti üzlük daşları sahəsində əhəmiyyətli imkanlara sahibdir. Buranın iqtisadi gəlişmə üçün yüksək imkanları var. Mədən maddələrinin hazırlanması ilə bağlı müəssisələrin yaradılması vilayətin iş imkanlarını artıra bilər.

Related Articles

Bir cavab yazın

Back to top button