Dünyaİran

Cen Psaki̇dən İranın nüvə proqramı barədə açıqlama

“İran atom anlaşmasındakı öhdəliklərinə qayıdarsa, Amerika da belə davranacaq. Beləliklə, daha uzunmüddətli və güclü anlaşma üçün zəmin yaranacaq”. Bu fikirləri Ağ Evin sözçüsü Cen Psaki səsləndirib. Onun sözlərinə görə, Amerika anlaşmaya üzv ölkələrin ortaqlığı ilə uyğun addımlar ata bilər. Psaki Amerikanın Milli Əmniyyət Şurası Baş Komitəsinin cümə günü Ağ Evdə baş tutacaq toplantısı barədə də açıqlama verib. “Bu toplantı sadəcə İran barədə təsmim tutmaq üçün deyil. Orta Şərq məsələləri barədədir. İran məsələsi də bunlara aiddir”,-deyə Ağ Ev sözçüsü diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button