İran

“Centcom” rəsmisinin iddiasına görə, araşdırmalara əsasən, Əl-Tənf payqahına hücum İranın dəstəklədiyi yaraqlıların işi idi

Suriya İnsan Haqları Rəsədxanası, Daişə qarşı Uluslararası Etilafın payqahı olan və Suriyanın İraq və Ordonla sınırında yerləşən Əl-Tənf nizami payqahında partlayışlar meydana gəldiyini bildirib.

Amerikanın Mərkəzi Fərmandehlik Qərargahındakı bilgili nizami yetkili “Sky News” kanalına verdiyi açıqlamasında deyib ki, ilkin araşdırmalar İranın dəstəklədiyi yaraqlıların Suriyadakı Əl-Tənf nizami payqahını hədəfə aldıqlarını göstərir.

O, hücum nəticəsində heç bir canlı itki olmadığını və araşdırmaların davam etdiyini qeyd edib.

“Associated Press” də bilgili bir nizami yetkiliyə istinadla xəbər verib ki, Suriyadakı Əl-Tənf payqahına edilən hücumda bir pəhpad Amerika qüvvələrinin yerləşdiyi yeri hədəf alıb, başqa bir insansız uçaq isə Suriya hökumətinə müxalif qüvvələrinin payqahına hücum edib.

Related Articles

Bir cavab yazın

Back to top button