Site icon Aznews TV

Çexiya Ukraynaya 30 milyon dollarlıq hərbi yardım göstərəcək

Bunu Çexiyanın müdafiə naziri Yana Çernoxova deyib.

Məbləğ təxminən 600-700 milyon çex kronu (30 milyon ABŞ dollarına qədər – red.) olmalıdır.

“Yardımın davamlı olması çox vacibdir. Çexiya uzun müddətdir yardım göstərən ölkələrdən biridir”, – nazir bildirib.

Müharibə başlayandan indiyədək Çexiya Ukraynaya silah, o cümlədən tank və helikopter, 140 milyon avroluq hərbi avadanlıqlar verib. (report.az)

Exit mobile version