Dünya

Çexiya Ukraynaya 30 milyon dollarlıq hərbi yardım göstərəcək

Çexiya Müdafiə Nazirliyi Ukraynaya hərbi yardım üçün daha çox vəsaitin ayrılması tələbi ilə tezliklə hökumətə müraciət edəcək.

Bunu Çexiyanın müdafiə naziri Yana Çernoxova deyib.

Məbləğ təxminən 600-700 milyon çex kronu (30 milyon ABŞ dollarına qədər – red.) olmalıdır.

“Yardımın davamlı olması çox vacibdir. Çexiya uzun müddətdir yardım göstərən ölkələrdən biridir”, – nazir bildirib.

Müharibə başlayandan indiyədək Çexiya Ukraynaya silah, o cümlədən tank və helikopter, 140 milyon avroluq hərbi avadanlıqlar verib. (report.az)

Related Articles

Bir cavab yazın

Back to top button