Çin Xalq Cümhuriyyəti Sincan Uyğur Muxtar Bölgəsində insan hüquqları mövzusu ilə bağlı dezinformasiya yaydıqlarını iddia edərək, Britaniya rəsmilərini “qara siyahı”ya salıb. Belə ki, bu ölkə tərəfindən Böyük Britaniya parlımanının üzvlərinə, hüquqşünas və sahibkarlarına, habelə 4 təsisatına qarşı təhrimlər tətbiq edilib. Məsələ ilə bağlı Çin Xarici İşlər Vəzirliyi bəyaniyyə yayıb.
Həmin şəxslərin və onların ailə üzvlərinin Çinin materik hissəsinə, habelə Honkonq və Makao özəl inzibati ərazilərinə girişinə qadağa qoyulub. Bildirilib ki, “qara siyahı”ya düşənlərin ölkədəki hesabları da dondurulacaq. Məlumata görə, təhrimlər listəsinə əlavə edilənlərin Çin vətəndaşları və qurumları ilə əməkdaşlığı qadağandır.