İran

İranda qeyri-fars millətlərin dillərinin qorunması tələb olunub

İran Müəllimlərinin Həmkarlar İttifaqı fevralın 21-də Beynəlxalq Ana Dili Günü münasibətilə qeyri-fars millətlərin dillərinin qorunmasını tələb edib.

İttifaqın Koordinasiya Şurası bu barədə bəyanat yayaraq “İranda dillərin məhv edilməsinin sistemli şəkildə aparıldığını” bildirib:

“Fərqli dillərdə vətəndaşların olduğunu nəzərə almadan ancaq bir dildə təhsil siyasətinin davam etdirilməsi elmi yanaşma və demokratiya prinsiplərinə uyğun olmadığına görə tamamilə yanlışdır. Vətəndaşların təhsil almaq üçün dil seçimi hüquqlarını müdafiə edirik”.

Şura, həmçinin bildirib ki, “təhsilin ancaq bir dildə davam etdirilməsi siyasəti ədalətsiz olmaqla İran adına siyasi coğrafiya daxilində qeyri-fars xalqların hüquqlarının pozulmasıdır”. Bəyanatın sonunda İran hakimiyyətinin assimilyasiya siyasəti olaraq “qeyri-fars dilləri məhv etmə” siyasəti qınanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button