“Sülh və Təhlükəsizlik naminə birlikdə» şüarı ilə başlanan və “Dəniz Təhlükəsizliyi Kəməri Qarışıq Təlimlər 2022” adı ilə keçirilən təlimlərdə hər üç ölkənin hərbi gəmiləri iştirak edir.
“Aznews tv”ın xəbərinə görə, “Dəniz Təhlükəsizliyi Kəməri Qarışıq Təlimlər 2022” adlı birgə hərbi təlimlərinin sözçüsü Mustafa Tacəddini bu gün mediaya açıqlamasında təlimlərin ilk mərhələsində hər üç ölkənin hərbi gəmilərinin dəniz hədəflərinə atəş açdığını bildirib.
Bildirilir ki, hərbi təlimlərdə müxtəlif taktiki manevrlərin gerçəkləşdirilməsi, o cümldən düşmənin dənizdəki hədəflərinə atəş açmaq, xilasetmə əməliyyatı keçirmək və bu kimi taktiki digər əməliyyatların keçirilməsi nəzərdə tutulub.
Təlimlərin neçə gün davam edəcəyi barədə məlumat verilmir.