Dünya

Çinli xanımdan şok ifşa: Çin hökuməti uyğurları Dubayda yerləşən gizli zindanda saxlayır

Çinli qadın “Associated Press” ajansı ilə müsahibəsində Çinin kommunist hökumətinin uyğurların başına gətirdiyi bəlalarla bağlı yeni şokedici məlumatları ifşa edib.

26 yaşı olan Vu Huan adlı qadın bildirib ki, o, bir neçə günlük iki uyğur türkü ilə birlikdə Dubayda yerləşən Çin hökumətinin gizli həbsxanasına saxlanılıb.

Huanın sözlərinə görə, sözügedən gizli zindanda azı iki uyğur türkünün də həbs olduğunun şahidi olub.

O bildirib ki, nişanlısı Çin hökumətinə qarşı müxalif mövqedədir və Dubaydan qaçmalı olub. Buna görə Çin hökuməti Vu Huanı tutaraq Dubayda bir neçə günlük gizli zindanda saxlayıb, istintaq zamanı onu təhdid edərək öz əleyhinə olan sənədlərə imza çəkməsini tələb ediblər.

Bildirək ki, Çin hökumətinin ölkə daxilində uyğurları tutmaq və onlara işgəncə vermək üçün gizli zindanlarının olması haqda öncələr də xəbərlər yayılıb. Ancaq bu, Çinin xarici bir ölkədə belə zindanlarının olması ilə bağlı ilk sübutdur.

Related Articles

Bir cavab yazın

Back to top button