İran

CNN: “İrandakı Rusiya nümayəndələri İran pilotsuz təyyarələri ilə işləmək üçün təlim keçiblər”

"Əldə olan informasiyalar Rusiya nümayəndələrinin son həftələrdə İranın pilotsuz təyyarələri ilə işləmək üçün İranda təlim keçdiklərini göstərir". CNN telekanalı amerikalı rəsmiyə istinadən xəbər verir.

Amerikalı məmur bu təlimləri İranın dronlarını Rusiyaya satmaq planının bir hissəsi adlandırıb.

O, qeyd edib ki, son vaxtlar bu təlim kurslarının keçirilməsi ilə bağlı məlumatların məxfiliyi aradan qaldırılıb.

Son həftələrdə bir sıra Amerika rəsmiləri Ukraynaya qarşı müharibədə istifadə edilmək üçün Rusiyaya İran istehsalı olan dronların göndərilməsi ilə bağlı xəbərdarlıq ediblər.

Putinin Tehrana səfərindən bir gün sonra Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi və Xarici İşlər Nazirliyinin rəsmiləri Ukrayna müharibəsinin ortasında Rusiyaya pilotsuz uçan təyyarələrin verilməsi ilə bağlı İranın hər hansı hərəkətinə qarşı xəbərdarlıq ediblər.

Onlar Rusiyanın İrana üz tutması Ukraynaya hücum nəticəsində Moskvanın təcridinin dahada şiddətləndiyinin nəticəsi adlandırıblar.

Bununla belə, İranın hakimiyyət orqanları Ukraynadakı müharibədə istifadə üçün İran pilotsuz təyyarələrinin Rusiyaya satılması ilə bağlı xəbərləri rədd edib.

Related Articles

Bir cavab yazın

Back to top button