Ukrayna yaxın gələcəkdə İslam Əməkdaşlıq Təşkilatında (İƏT) müşahidəçi statusu əldə etməkdə maraqlıdır.
Bunu Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova İƏT-in baş katibi Yusef əl-Otayminlə videokonfrans rejimində keçirilən danışıqlar zamanı bildirib.
“Bu, belə bir nüfuzlu birlik ilə daha yaxın koordinasiyanı həyata keçirməyə və üzv dövlətlərlə münasibətlərin ikitərəfli səviyyədə dərinləşməsinə təsir edəcək”, – o vurğulayıb.
Birinci müavin Ukraynanın təşkilatın müşahidəçisi statusunun əldə etməsi sorğusunu yenilədiyini də deyib.