Dünya

Co Bayden hökumətin təhvil verilməsi üçün çağırış edib

Co Bayden Delaveyr Əyalətinin Vilmington şəhərində çıxış edib. O, çıxışı zamanı bildirib ki, Donald Tramp prezident seçkilərinin nəticəsi ilə razılaşmasa və hökumətin təhvil verilməsində gecikmələr olarsa, ölkə əhalisinin böyük bir qismi koronavirusdan həyatını itirəcək. Co Bayden koronavirusla mübarizədə 300 milyon vaksinə ehtiyac olduğunu açıqlayıb. Tramp tərəfdarlarından biri isə onu məsuliyyətsizlikdə ittiham edərək, Baydenin çıxışının gerçəklikdən uzaq olduğunu bildirib.
Bayden çıxışının davamında virusun yayılması nəticəsində yaranmış iqtisadi problemlərin həll edilməsi üçün şoxlu miqdarda büdcənin tələb olunduğunu açıqlayıb. O, habelə orta təbəqəli insanların yaşam səviyyəsinin artırılması məsələsinə də toxunub. Baydenin sözlərinə görə, Amerikada ən aşağı əmək haqqı hər saat üzrə 15 dollar müəyyənləşdiriləcək.
Co Bayden vaksinə yaranmış etimadsızlıqda Trampı məsul tanıdığını bildirib. O, Donald Trampın israrı səbəbindən bu elmi prosesin siyasiləşdirildiyini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button