Azərbaycan

ÜST Azərbaycana 1 milyon tibbi maska göndərdi

Bu gün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) 1 milyon tibbi maska təhvil verilib.

Bu barədə ÜST-nin Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.

Təhvil-təslim aktını ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı və TƏBİB-in Tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva imzalayıblar.

Bildirilir ki, bundan sonra da müvafiq tərəfdaşlara və yerli qurumlara tibbi maskaların paylanılması davam edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button