Dünya

Con Kirbi: “ABŞ Rusiya prezidentini məsuliyyətə cəlb etmək üçün səy göstərəcək”

“Ağ Ev bu həftənin sonunda Ukraynaya əlavə yardım elan edə bilər. ABŞ Rusiya prezidenti Vladimir Putini istənilən hərbi cinayətə görə məsuliyyətə cəlb etmək üçün səy göstərəcək”. “CNN”ə istinadən verilən məlumata görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Eyni zamanda, Ağ Evin spikeri paketdə ukraynalılar üçün tankların olub-olmayacağı sualına cavab verməyib.

“ABŞ-dan Ukrayna üçün əlavə təhlükəsizlik hərbi yardım paketləri, əlavə silahlar və vəsaitlər barədə məlumatı, bəlkə də bu həftənin sonuna kimi eşidəcəksiniz. Biz hərbi yardımları Ukraynanın ehtiyaclarına uyğun olaraq dəyişdirməyə davam edəcəyik. Bunu təmin edə bilməsək, digər müttəfiqlər və tərəfdaşlarla işləyəcəyik”. (report)

Related Articles

Bir cavab yazın

Back to top button