İranSiyasət

Danimarka məhkəməsi Səudiyyə Ərəbistanına casusluqda ittiham edilən iranlıları cinayətkar olaraq mühakimə edib

Danimarka məhkəməsi cümə günü daha öncə İranda Səudiyyə Ərəbistanının kəşfiyyat servisi ilə əməkdaşlıq edərək casusluq və terror fəaliyyətlərində ittiham olunan İranın müxalif qrupunun 3 üzvünü cinayətkar olaraq mühakimə edib.

“Aznews tv”ın xəbərinə görə, bu barədə “Reuters” ajansı öz məlumatında bildirib ki, Danimarka məhkəməsinin fevralın 4-də çıxardığı qərara əsasən, bu iş üzrə hər üç müttəhimi müxtəlif cinayətlər, o cümlədən Danimarka və xarici təşkilatlar və şəxslər haqqında Səudiyyə kəşfiyyat xidmətinə məlumat verməkdə ittiham olunduqları üçün 12 ilə qədər həbs cəzası gözləyir.

Məhkəmə gələn ay onlarla bağlı qərar çıxaracaq.

Sözügedən müttəhimlər, habelə Danimarkadan deportasiya edilə və hətta onlardan birinin vətəndaşlığı ləğv edilə bilər.

Xatırladaq ki, 2019-cu ilin fevralında Danimarka Səudiyyə Ərəbistanına casusluq ittihamı ilə “Əl-Əhvaz Ərəb Azadlıq Hərəkatı” qrupunun üç üzvünü həbs etdiyini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button