Dünya

Danimarkada yaşayan azərbaycanlilar gəncə terrorunu qinayiblar

Danimarkada yaşayan azərbaycanlılar Kophenhagen şəhər bələdiyyəsinin binası qarşısındakı “Radhuspladsen” meydanında icazəli aksiya keçirib. Aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin başqa yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin vandalizm hərəkətləri törətməsini, qeyri-nizamilərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini pisləyiblər.
Bu barədə Diaspora ilə iş üzrə Dövlət Komitəsinin məlumat verilib. Bildirilib ki, aksiyada Kopenhagen danişgahının professoru, Beynəlxalq Başağrıları Cəmiyyətinin rəhbəri Məsud Aşina, Vətən Cəmiyyətinin rəhbəri Səfər Sadiqi, hüquqşunas Emil İgidov, Aytac İmanova, Leyla Hüseynova, Skandinaviya Türk Federasyonları başqanı İlhan Esen, Türkiyənin Danimardakı səfiri Üğur Kənan İpək çıxış ediblər.
Azərbaycan,Türkiyə və Danimarka bayraqlarının dalğalandığı meydanda Azərbaycan cümhurisinin Dövlət marşı oxunub. Eləcə də müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə məntəqəsi deyil!”, “Erməni terrorçuluğuna son qoy!”, “Uşaq ölümünə son qoy!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan, Birləşmiş Millətlər Təşkilatı qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib.

Related Articles

Bir cavab yazın

Back to top button