İran

DANİŞQAHLARIN MEHR AYINDA AÇILMASI İCBARİ DEYİL

Danişqahların Mehr ayından açılması icbari deyil.
Elmlər Vizarətinin amuziş işləri üzrə müavini Əli Xaki Sədiq bildirib ki, “ danişqahlar öz təhsil termlərinə Bəhmən ayından başlaya bilərlər.”
Amma Elmlər Vizarətinin bəzi məqamları bir müddət öncə cari təhsil ilinin Xurdad ayının 17- dən başlayacağını elam etmişdi. İndi isə dövlətin yüksək məqamlarından olan İshaq Cahangiri virusun payız və qışda daha da kəskinləşəcəyindən xəbər verib. Prezidentin birinci müavini İshaq Cahangiri Ordibehişt ayının 31-də Amuziş və Pərvəriş Vizarətinin yüksək məqamaları ilə toplantısında deyib: “hal hazırda təhsil ilinin son günləri ötür və imtahanlar cızılmış bərnamələrə uyğun keçiriləcək. Amma gələcək təhsil ili üçün ehtimal olunan müxtəlif senariolar araşdırmalıdır. Onun sözlərinə görə şagirdlərin bir yerə toplaşaraq dərs keçməsi mümkün deyil və qarşıdakı təhsil ili üzrə fərqli yollar axtarmalıdır.
Cahangirinin sözünə dəstək olaraq,Əli Xaki də bildirib ki, Elmlər Vizarətinin başlıca oləviyyəti ölkə danişqahlarda yeni təhsil termlərinin Mehr ayının əvvəlindən açılmasıdır. Danişqahlar bunu öz vəziyyətlərini nəzərə alaraq görə bilər.

Related Articles

Bir cavab yazın

Back to top button