Azərbaycanİran

Dilarə Əsgərova: Yaxın günlərdə oğluma hökm verəcəklər

İranda casusluq ittihamına görə saxlanılan Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərli ailə üzvləri ilə telefonla danışıb: “Oğlumun səhhəti normaldır, saxlanma şəraitindən narazılığı yoxdur. 3 dəfə məhkəməsi keçirilib”.

Dilarə Əsgərova qeyd edib ki, oğluna yaxın günlərdə hökm oxunacaq:

“Fərid dedi ki, məhkəmə prosesi yekunlaşmaq üzrədir. Lakin nə məhkəmədə, nə də istintaqda onun casusluq etməsi ilə bağlı bir dənə də olsun fakt ortaya qoyulmayıb. Fəridin sözlərinə görə, İrana getməsinə səbəb olan qız və ailəsi də onun əleyhinə ifadə verməyiblər. Lakin İran tərəfi Fəridin bir neçə dil bilməsi və Avropada təhsil almasına görə şübhələnir, onu casusluqda ittiham edir. Hazırda Azərbaycan Xarici İşlər Nazirliyi, Təbrizdə olan Konsulluğumuz da Fəridlə əlaqədar işlər görür. Konsulluq nümayəndələri Fəridlə görüşüblər və vəziyyəti ilə maraqlanıblar”.

#Azerbaycan #FeridSəferli

Related Articles

Bir cavab yazın

Back to top button