İran

Doğu Azərbaycanda korona pik həddə çatıb / Əyalət mərizxanaları dolur və insanlar nigarandır

Koronavirusun beşinci dalğasında koronavirus mərizlərinin Doğu Azərbaycan əyalətinin sağlıq mərkəzlərinə yerləşdirilməsinin və müraciətlərin əhəmiyyətli dərəcədə artması burada insanları və sağlıq alanının məsullarını nigaran edib.

Koronavirusun beşinci dalğasında koronavirus mərizlərinin Doğu Azərbaycan əyalətinin sağlıq mərkəzlərinə yerləşdirilməsinin və müraciətlərin əhəmiyyətli dərəcədə artması burada insanları və sağlıq alanının məsullarını nigaran edib. Koronadan ölənlərin sayının rekord həddə çatması və mərizlərin sayının artması hər kəsi şoka salıb: Ancaq bir sıra uzmanlara görə, gələcəkdə bu alanda bizi yeni rekordlar gözləyir. Sağlıq və müalicə alanında çalışan mütəxəssislərin sözlərinə görə, delta koronasının ölkə boyu çox yüksək yoluxması böyük bir mərizlər dalğasının tibb mərkəzlərinə axın etməsinə gətirib çıxarıb. Bəzi mərizlər sağlıq mərkəzlərinə yerləşdirilməli olduğundan, adi bəstəri və ICU bölmələrində mərizxana təxtləri tam dolub ki, bu da sonda ölüm sayının artması ilə nəticələnib və təəssüf ki, bu sunami tibb işçilərini əldən salıb. Koronavirusun beşinci dalğasının yüksəlməsi ilə eyni vaxtda, sağlıq müdafiəçiləri, korona deltasının yayılacağı halda, alfadan 60 qat daha yoluxucu olacağı və mərizxanaya yerləşdirilmə sayının alfa variantından iki dəfə çox olacağı və insan faciəsinin baş verəcəyi haqda uyarıblar. Ancaq təəssüf ki, bu problemlər insanların məclislər, toylar keçirmək və lazımsız səfərlərə çıxmaqla məsələyə səhlənkar yanaşması və vaksinasyon prosesinin olduqca zəif aparılması ilə, sadalanan bütün amillər ölkəni beşinci dalğaya sürükləməkdə rol oynadı.

Related Articles

Bir cavab yazın

Back to top button