İran

Doştur Mədəninin fəaliyyətə başlaması ilə zəhərli maddələr ətrafa yayılıb

Əhər şəhristanının yaxınlığında yerləşən Doştur bölgəsində qızıl mədəni fəaliyyətə başlayıb. Yaşam çevrəsi fəallarının İkinci Əndəryan adlandırdıqları mədəndə qeyri-peşəkar üsulla qazıntı işlərinin aparılması zəhərli maddələrin ətrafa yayılmasına səbəb olub. Bundan başqa, mədənin siyanor maddəsindən istifadəsi sakinlərin həyat və sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Məlumata görə, sakinlər arasında məsmum olma faktı qeydə alınıb. Vərziqanın mis mədənində də bənzər durum hökm sürür. Özəlliklə bölgə üçün əhəmiyyətli olan Süngün mis mədəni ekoloji çirklənməyə səbəb olub.
Qeyd edək ki, İranda çıxan 68 mədən maddəsindən 52-si Şərqi Azərbaycan yerləşir. Ustanda 411 fəal mədən var, 650 mədənin isə fəaliyyətinə rəsmi mücəvviz verilib.

Related Articles

Bir cavab yazın

Back to top button