təqsirləndirilən şəxs barəsindət toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İslam Neymanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 4-ə təyin edilib.
Qeyd edək ki, Azərbaycan vətəndaşı Bəxtiyar Rafiq oğlu Ağazadə dini təhsil almaq üçün İran İslam Respublikasına olarkən orada həmin ölkənin xüsusi xidmət orqanının nümayəndələri ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa başlayıb, onların tapşırığı ilə xarici dövlətlərin Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri, ölkədə baş verən ictimai-siyasi proseslər, hərbi hissələr, onların yerləşdiyi yerlər və təyinatları, o cümlədən komanda heyəti barədə əldə etdiyi məlumatları toplayaraq İran xüsusi xidmət orqanına verməklə dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr yaranıb.