Dünyaİran

BMT-nin Təhlükəsizlik Şurası İranın pozuntuları barədə toplantı keçirəcək

Britaniyanın BMT-də elçisi Təhlükəsizlik Şurası İranın pozuntuları və 2231 nömrəli qətnaməyə baxış barədə avqust ayının 6-da toplantı keçirəcəyini bildirib.

Barbara Vudvard həmçinin İranın Rusiyaya PUA satışlarına toxunaraq deyib: “İran BMT-nin 2231 nömrəli qətnaməsində öhdəliklərini açıqcasına pozub.”

Qeyd edək ki, Britaniya 2023-cü ilin avqust ayında Təhlükəsizlik Şurasının sədirliyinə keçəcək.

“İran təyin olunmuş minimum miqdardan  nüvə silahı istehsalına lazım olan 3 qatı qədər uran zənginləşdirib. Belə bir durum çox düşündürücü məsələdir.”.

Xatırladaq ki, BMT-nın qətnaməsinə əsasən İrana 3.67 fiaz uran zənginləşdirilməsinə icazə verilib. Lakin bu ölkə 60 faiz zənginləşdirmə edərək hələ də bu miqdarı artırır.

Related Articles

Bir cavab yazın

Back to top button