İran

Dövlət Bağçalıdan İranın Xarici İşlər Nazirinin dediklərinə münasibət

Türkiyənin Milli Hərəkat Partisinin lideri İran xarici işlər vəzirinin Türkiyə prezidentinin şeir oxuması ilə bağlı dediklərinə münasibət bildirib. Bu barədə Dövlət Bağçalı rəsmi tvitter hesabında silsilə müraciətlər yayıb. “Ölkəmizin hörmətli prezidentinin şeir oxuması İranı narahat edib. Bu ölkənin Xarici işlər vəziri gərəksiz təpki verib. İran məclisinin 225 üzvü də qınama məktubu hazırlayaraq imzalayıblar”,-deyə o, qeyd edib.
Bu gün dünyanın 34 fərqli ölkəsində 78 türk şəhidinin məzarının olmasına diqqət çəkən Bağçalı bildirib: “Qarabağ vətəndir. Türkiyənin Kərkükdən Qıbrısa qədər olan mövqeyi belədir. Qarabağın yüzdə 70-nin Ermənistanın işğalından azad edilməsi türkün qələbəsidir. Bu qələbə birlik, həmrəylik və qardaşlıq məşəlidir. Qarabağ türkdür, Qarabağ Azərbaycandır. Ermənistanın iddiaları işğalçılıq, rüsvayçılıq, düşmənçilik və tarixi həqiqətlərə xəyanətdir”.

Related Articles

Bir cavab yazın

Back to top button