Dünyaİran

Dövlət Departamenti Bakı ilə Tehran arasında gərginliyə münasibət bildirdi

“İran sabitliyi pozan amildir”, bu barədə çərşənbə axşamı Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays Turan-ın müxbirinin İran və Azərbaycan arasındakı son çəkişmələrlə bağlı sualına cavabda bildirib.

“Söhbət İranın regional fəaliyyətindən gedirsə, biz açıq şəkildə öz mövqeyimizi bildirmişik. İran bir çox cəhətdən, o cümlədən yerlərdə İranyönlü qüvvələrə dəstəyi, təhdidləri və bəyanatları da daxil olmaqla, sabitliyi pozan subyektir”, deyə Prays bildirib.

 

Son həftələr Tehran və Bakı arasında münasibətlər durmadan pisləşib, buna sərhədin hər iki tərəfində hərbi təlimlər, həmçinin İsrailin hərbi iştirakı ilə bağlı ittihamlar səbəb olub, ki, Azərbaycan bu ittihamları qəti şəkildə inkar edir.

Vaşinqton İran ətrafında bu yaxınlarda baş verən hadisələri susqunluqla müşahidə edir, belə ki, Bayden administrasiysı Tehranla 2015-ci il tarixli nüvə sövdələşməsinə qayıtmağa çalışır.

Bu arada, İsrailin xarici işlər naziri Yair Lapid çərşənbə axşamı Vaşinqtonda prezident Co Baydenin milli təhlükəsizlik üzrə müşavirinə bildirib ki, İran “nüvə dövlətinə çevrilir” və ABŞ-ın “alternativ plana” ehtiyacı var.

Dövlət Departamentində mətbuat konfransı zamanı Prays həmçinin dövlət katibinin müavini Viktoriya Nulandın Moskvaya səfərinə, orada İranın nüvə proqramını da müzakirə etməsinə toxunub.

“ABŞ və Rusiyanın ortaq bir marağı var ki, İran heç vaxt nüvə silahı əldə edə və ya ala bilməsin”, deyə o bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button