İran

İran gəmilərinin çin limanından çıxmasına icazə verilmir

İranın ən böyük gəmiçilik şirkətinə məxsus altı gəmi iki həftəyə yaxındır ki, Çin limanlarında lövbər salıb. Məlumata görə onların hərəkət etməsinə icazə verilməyib. Səbəb kimi isə “təmiz yanacaq qanunlarına əməl edilməməsi” göstərilib. Xatırladaq ki, 2020-ci ildən etibarən bütün gəmilər mazut əvəzinə qazol yanacağından istifadə etməlidirlər. İran Xarici İşlər Vəzirliyindəki adı açıqlanmayan bir mənbə, Vəzirliyin məsələnin həlli üçün məsləhətləşmələr apardığı haqda bilgi verib. Bildirilib ki, İran və Çin arasında imzalanan 25 illik razılaşma ilə bağlı son etirazları nəzərə alınıb. Belə ki, Pekən Tehrandan “bir az şikayətlənib” və bu nigaranlıq həmin məsələyə də kölgə salıb. Qeyd edək ki, Xarici İşlər Vəzirliyinin bu məqamı baş verənlərlə bağlı geniş açıqlama verməyib.

Related Articles

Bir cavab yazın

Back to top button