Dünya

DÜNYADA KORONAVİRUS AMARI…

Dünyada koronavirusa tutulan 3 466 532 nəfər sağalıb, 406 343 nəfər isə virusdan ölüb.
Qeyd edək ki, indiyədək 7 102 957 nəfərə COVID-19 diaqnozu qoyulub.
Məlumata görə, son 19 gündə dünyada 80 mindən çox insan koronavirusdan ölüb
Ən çox tututlma halları Amerika (2 007 449), Brezil (691 962) və Rusiyada (476 658) qeydə alınıb.
Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 170 132 nəfər tutulub, 4 692 nəfər ölüb.
İranda isə 171 789 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 8 291 nəfər pandeminin qurbanı olub.
Qeyd edək ki, iyunun 7-nə olan məlumata görə, Azərbaycanda qeydə alınmış tutulma faktlarının ümumi sayı 7 553-dür. İndiyədək ölkəmizdə 4 149 nəfər virusdan sağalsa da, 88 nəfər pandeminin qurbanı olub.
Xatırladaq ki, koronavirus infeksiyonu ötən ilin desambrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Behdaşt Təşkilatı (ÜST) fevralın 11-də infeksiyonun adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemi elan edib.

Related Articles

Bir cavab yazın

Back to top button