Azərbaycanİran

Azərbaycanlı vəkilə ittiham aktı verilib

İyunun 21-də vəkil Əmir Mehdipur şəxsi İnstaqram səhifəsində Şərqi Azərbaycan Vilayəti Vəkillər Kollegiyasının intizam prokurorunun Şərqi Azərbaycan Vilayəti Vəkillər Kollegiyasının intizam məhkəməsinə ittiham aktı verməsi barədə yazı dərc edib.

O, İran İslam Respublikasının sisteminə qarşı təbliğat aparmaq, bu sistemə qarşı iğtişaşlara təhrik və təşviq etməkdə ittiham olunub.

Qeyd edək ki, Əmir Mehdipur həbsdə olan etirazçıları müdafiə etdikləri üçün Sina Yusifi və Qasim əl-Bənabla birlikdə “təhlükəsizlik qüvvələri” tərəfindən həbs edilən və işgəncələrə məruz qalan azərbaycanlı vəkillərdən biridir.

Related Articles

Bir cavab yazın

Back to top button