Dünya

Dünyanın ən varlı qadınları kimlərdir?

“Amazon” şirkətinin rəhbəri Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Bezos Amerikanın ən varlı qadını olub.
Məlumata görə, hazırda qadının sərvəti 62,3 milyard Amerika dolları dəyərində qiymətləndirilir. Qeyd edək ki, culayın 2-dən 9-dək olan dövrdə “Amazon”un səhmlərində yüzdə 10 artım müşahidə olunub. Nəticədə şirkətin qurucusunun və rəhbəri Ceff Bezosun səhmləri 16,2 milyard Amerika dolları artıb. Ceff Bezosun şirkətin səhmlərinin bir hissəsinə sahib keçmiş arvadı sərvətinin məbləğinə görə reytinq cədvəlində “Walmart” şirkətinin qurucusunun qızı Elis Voltonu ötüb. Makkenzi Bezosun isə öz sərvətinin ölçüsünə görə geri qaldığı yeganə şəxs “L’Oreal”ın banisinin nəvəsi Fransuaze Betankur-Mayerdir. Qeyd edək ki, onun sərvəti 64 milyard Amerika dolları təşkil edir.

Related Articles

Bir cavab yazın

Back to top button