Dünyaİran

Dünyanın bir qrup tanınmış qadını: “İslam Respublikası dərhal BMT-nin Qadınlar Komissiyasından xaric edilməlidir”

Dünyanın müxtəlif ölkələrində incəsənət, siyasət, hüquq və biznes sahələrində tanınmış bir qrup qadın açıq məktub yazaraq, İran İslam Respublikasının BMT-nin Qadınlar Komissiyasından “dərhal” çıxarılmasını tələb ediblər.

Məktubu imzalayanlar İranın Birləşmiş Millətlər Təşkilatının Qadınların Vəziyyəti Komissiyasındakı 4 illik səlahiyyət müddətinin başlamasına işarə edərək, vurğulayıblar ki, bu beynəlxalq qurum müstəsna olaraq gender bərabərliyinin və qadınların səlahiyyətlərinin artırılmasının təşviqinə həsr olunub.

Onlar İran İslam Respublikasının İranlı qadınlara qarşı uzun müddətdir davam edən sistemli zülmü səbəbindən mövcud Tehran hökumətinin bu quruma üzvü olmaq xüsusiyyətinə malik olmadığını yazəblar.

Ərlərinin prezidentliyi dövründə Amerikanın üç birinci xanımı Hillari Klinton, Mişel Obama və Laura Buş, Nobel Sülh Mükafatı laureatı Malala Yusufzey, teleaparıcı və aparıcı Opra Vinfri, keçmiş xarici işlər naziri Kristia Friland, Kanada və Birləşmiş Millətlər Təşkilatı Konvensiyasının İqlim dəyişikliyi məsələsində keçmiş icraçı katibi Kristina Fiqurs bu məktubu imzalayanlar sırasındadırlar. Sözügedən məktubu indiyədək 21 min nəfər imzalayıb.

“Əsas insan haqları üçün cəsarətlə etiraz edən iranlı qadın və qızlarla həmrəy olaraq, təhlükəsizlik qüvvələrinin dinc nümayişçilərə qarşı vəhşicəsinə zorakılığını pisləyir və İran İslam Respublikasının BMT-nin Qadınların Vəziyyəti Komissiyasından dərhal çıxarılmasını tələb edirik”,-deyə, məktubda qeyd edilib.

Related Articles

Bir cavab yazın

Back to top button